TƏBRİK: RAUF HÜSEYNOV — 60

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı gündən bütün varlığı və imkanları daxilində təşkilatın mənafeləri üçün çalışan və «Veteran», daha sonra «Fədai» qəzetlərində xüsusi müxbir kimi könüllü və təmənnasız fəaliyyət göstərən Rauf Hüseynovun 60 yaşı tamam olur.

Rauf Hüseynov 60 il öncə Göyçay rayonunun Qaraməryəm kəndində anadan olub. Bu tarixi kənddə oxuyub və daim xalq, millət, Vətən və Bayraq sevdasıyla fərqlənib.


Rauf Hüseynov bu yolda yürüyən bir könüllüdür. Daim bizimlədir, daim hər bir veteranın yanında ona dəstək olmağa hazırdır.


Bölgə veteranlarının və rayon şöbələrinin problemlərinin həllində daim öndə olub, günün istənilən vaxtında öz şəxsi işlərini kənara qoyub AVMVİB adına və təşkilatın mənafeyi üçün vacib olan işlərin həllinə çalışmaq Rauf Hüsenovun bir həyat kredosuna çevrilib.

Hər dəfə də bunu qeyd edir ki, sizlər Vətən uğrunda savaşdığınıza görə bu gün özümü bu qəbildən olan insanlara borclu sayıram. Deyir ki, bu addımla da mən öz borcumu ödəməyə çalışıram və mənən rahatlıq tapıram.


Müxbir kimi yazılarında və fəaliyyətində də tək bircə amalı qarşıya qoyulan problemi müharibə veteranının xeyrinə çözə bilməsidir.


Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan Rauf Hüseynovu belə bir əlamətdar gün — yubiley münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Fədai.az kollektivi adından səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayırıq.


60 illik yubiley münasibətiylə AVMVİB sədri Füzuli Rzaquliyevin əmrinə əsasən, Fedai.az saytının xüsusi müxbiri, AVMVİB-nin fəxri üzvü Rauf Hüseynov təşkilatın təsis etdiyi Xatirə medalıyla və Fəxri fərmanla təltif olunur.

Bir daha Rauf Hüseynovu 86.000 nəfərlik veteranlar ordusu və Fedai.az kollektivi, könüllüləri adından təbrik edirik!


Bütün gözəlliklər sənin olsun və bu gözəlliklər içində 100 yaşa, Rauf bəy!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: