Ukraynada gedən döyüşlərdə öldürülən 8-ci Ordu komandanının müavini, general-mayor Vladimir Frolovla Rusiyanın Sankt-Peterburq şəhərində vida mərasimi keçirilib. Mərasimdə şəhərin qubernatoru Aleksandr Beqlov iştirak edib.
Bu barədə Sankt-Peterburq administrasiyası məlumat yayıb.

Qubernatorun sözlərinə görə, Frolov ailəsi hərbçidir: atası Böyük Vətən Müharibəsini keçib və 70 ildən çox vaxt keçdikdən sonra oğlu ukraynalı «radikallarla» döyüşlərdə can verib, “əllərində 2014-cü ilin may ayındaOdessa Həmkarlar İttifaqları Evində yananların qanı olan”larla döyüşdə həlak olub.
Martın 20-də Sevastopol hakimiyyəti Rusiya Qara Dəniz Donanmasının komandirinin müavini birinci dərəcəli kapitan Andrey Paliyin Mariupol uğrunda döyüşlərdə həlak olduğunu bildirmişdi. Ümumilikdə, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, martın 25-nə olan məlumata görə, Ukraynada 1351 rus hərbçisi həlak olub, daha 3825 nəfər yaralanıb (?!).
