TƏBRİK: HÜSEYNOV ƏLEYMAN ABDULXAN OĞLU — 52

İşgüzarlığı , yüksək intellektual  səviyyəsi və idarəçilik təcrübəsi ilə seçilən Alahın verdiyi şərəfli və mənalı  ömrünün ən məhsuldar dövrünün 24 ildən cox şərəfli xidməti yolunu  Daxili İşlər Nazirliyinin Daxili  Qoşunlarında müxtəlif vəzifələrdə kecirmiş  ehtiyatda olan polkovnik — leytenant  Hüseynov Əleyman  Abdulxan oğlunun  aprel ayının 18 — də  52 yaşı tamam olur.

Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan ehtiyatda olan polkovnik —  leytenant Hüseynov Əleyman Abdulxan oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev  semimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

Arzu edirik ki,  Əleyman Abdulxan oğlu Hüseynovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !

Polkovnik —  leytenant  Hüseynov Əleyman Abdulxan oğlu  1970 -ci ildə aprel ayının  18 — də Azərbaycan respublikasının Cəbrayıl rayonun  Dağ  Xələfli kəndində anadan olub.

1987 — ci ildə  Cabrayıl rayonunun Dağ Xələfli kənd tam orta məktəbi («Əla» qiymətlərlə), 1996 ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti (Fərqlənmə diplomu), 1996  və 2000-ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Xəzər rayonunda yerləşən hərbi hissədə və  hərbi məktəbdə  zabitlərin ixtisas artırma və böluk komandiri, 2013-2014 -cü illərdə isə Cin Xalq Respublikasının  Quru Qoşunlarının Hərbi Akademiyasında  hərbi hissənin  Qərargah rəisi kurslarını bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində kecirlən  bir çox metodiki — təlim toplanışlarda, nümnəvi — göstərici məşğələlərdə,  xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.Hərbi təcürbə mübadiləsi əldə etmək üçün bir sıra xarici ölkələrdə işgüzar səfərdə olub.

1988 — 1990 cu illərdə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunların  Moskva və Sankt — Peterburq   (Leninqrad)  şəhərində yerləşən hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətə olub.

1996- 2018 -ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Zakatala  Cəlabad, Xətai  rayonlarında və Şəki şəhərində yerləşən hərbi hissələrdə və  Ayrıca yerləşən əlahiddə bölmələrdə taqım, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri,  Ayrıca yerləşən Əlahiddə böluk komandiri,  Ayrıca yerləşən Əlahiddə tabor komandiri,  Döyüş Hazırlığı bölməsinin rəisi,  Qəragah rəsinin döyüş təlimi üzrə müavini vəzifələrində Vətənə Dövlətə və xalqa xidmət edib.  Hərbı hissə komandirinin müavinini — Qərargah rəisi vəzivəsini icra edib.

O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin,  hərbi nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, Şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında,  Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga  və zərərsizləşdirilməsində , fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.

Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Hərbı xidməti vəzifə borclarının yerinə yetirərkən  göstərdiyi rəşadətə, əla döyüş hazırlığı  və döyüş xidməti göstəricilərə,   Dövlət və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısında xidmətlərinə,  eləcədə rəhbərlik etdiyi taqım, böluk və tabor hər il Daxılı Qoşunların Baş idarəsi tərəfindən keçirilən yoxlamaların nəticələrinə görə Qoşunlar üzrə ən yüksək nəticələr əldə etdiyinə görə Azərbaycan Respublikasının Prezıdentı adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə » Qusrsuz xidmətlərə görə  1-ci ,2 -ci və 3- cü dərəcəli , “ Hərbi Xidmətdə Fərqlənməyə Görə” 2-ci və 3-cü dərəcəli  » Silahlı Qüvvələrin yaranmasının»  isə  10 iliyi, 90- və 95 -iliyi yubiley  medaları ilə təltif edilib.

Polkovnik leytenant  Hüseynov Əleyman Abdulxan oğlunun  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında  səmərəli fəaliyyəti  həmişə lazımnca qiymətləndirlib. İctimai asayişin qorunmasında və təmin edilməsində, cinayətətgarlığa qarşı mübarizədə, xidməti vəzifələrinin yerinə yetirilməsində fəriqləndiyinə görə o, Azərbaycan Respublikasının Prezıdentının müvafiq sərəncamı ilə «Hərbi Xidmətlərinə Görə» medalı ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏLEYMAN BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN CİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: