Onu tarixə düşəcək «Polad General» adlandırırlar. O, prezidentin kölgəsində qalır, lakin onun xidmətləri və islah edilmiş Ukrayna Silahlı Qüvvələrinin xidmətləri heyranedicidir.
Haqqında danışanlar deyir: «Piardan yayınır və nadir hallarda müsahibələr verir, Ukraynanın qələbəsi üçün öz işinə davam edir. Belə bir generala şərəf və şan yaraşır! Ukrayna həmişə V. Zalujnı kimi generalların yanında olacaq!»
Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş komandanı, general-leytenant Valeriy Zalujnı bir çıxışında deyib:
«Ukraynanın müdafiəçiləri artıq səkkizinci ildir ki, Rusiya təcavüzünü cilovlayırlar. Biz Avropanın etibarlı qalxanına çevrildik. Damarlarımızdakı kazak və qiyamçı qanı bizi yalnız irəli — qələbəyə aparır. Biz mütləq ölkənin bütün ərazisi boyunca dövlət suverenliyini bərpa edəcəyik».
Ətraflı videoda:
Elnur Səlim
