«Ukrayna və Rusiyanı danışıqlar masasına oturmağa zəmin yaradacaq ölkə Türkiyədir”-Ukraynalı diplomat

“Türkiyə eyni ilə qərb ölkələri kimi Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulsa və Rusiyaya uçuşları dayandırsa çox şad olarıq. Ancaq biz yenə də Türkiyənin hər iki ölkəyə qarşı münasibətlərdə  ittiham dili işlətməməsini anlayırıq və bu həqiqəti qəbul edirik”.

Bu sözləri cümə günü  jurnalistlərə müsahibəsində adının açıqlanmasını istəməyən Ukraynalı diplomat deyib.

“Türkiyəni tənqid etmək əvəzinə bacardıqca onlarla işləyirik və mümkün olmayan məsələlərdə tələb qoymuruq. Ukrayna və Rusiya rəsmilərini danışıqlar masasına oturmağa zəmin yaradacaq ölkə Türkiyədir”, deyə diplomat vurğulayıb.

Bu xəbəri paylaşın: