Pentaqon Rusiyanın təyyarə vurma iddiasını rədd edib

Pentaqon Rusiyanın Odessa vilayətində Ukraynaya məxsus Qərb ölkələrindən gələn böyük partiya silahları ilə yüklü hərbi-nəqliyyat təyyarəsini vurduğu iddiasını rədd edir.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi aprelin 18-də qapalı brifinqdə söylənən fikirləri, Azadlıq Radiosu yayıb.

«Qərb silahlarının ruslar tərəfindən vurulduğunu göstərən xəbərlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirəm və bu barədə heç nə görməmişəm.

Bir dənə də olsun təyyarə vurulmayıb… Onların (rusların – red.) yardıma zərbə vurmasından əsər-əlamət yoxdur”.

Aprelin 16-da keçirilən brifinqdə “Rusiyanın Odessa vilayətindəki hava hücumundan müdafiə sistemlərinin Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi böyük bir silah partiyasını çatdıran Ukrayna hərbi-nəqliyyat təyyarəsini havada vurması” faktı yayılıb. Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov məlumat verib.

Bu bəyanat hökumətyönlü Rusiya KİV-lərində geniş yer alıb.

Bu xəbəri paylaşın: