AVMVİB Daxili İşlər nazirliyinin rəhbərliyinə minnətdarlıq etdi

Müharibə veteranları daim minnətdarlıqla xatırladığı və daim qayğı gördükləri Daxili İşlər nazirliyinin rəhbərliyi barədə xoş sözlər söyləyir və öz minnətdarlıqlarını çatdırırlar. Xüsusən də nazir general — polkovnik Vilayət Eyvazovun müharibə iştirakçılarını və şəhid övladlarını daim bu nazirlikdə işə götürməsini bir örnək hesab edirlər.


Həmçinin müharibə veteranlarının etdikləri müraciətlərə dərhal reaksiya verilməsi və qanun çərçivəsində həll olunması veteranlar arasında rəğbətlə qarşılanır. Redaksiyamıza və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) aylarca öz haqlarını əldə edə bilməyən bir qrup müharibə veteranının minnətdarlıq məktubu daxil olub. Bunu nəzərə alaraq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) General polkovnik Vilayət Eyvazova müraciət ünvanlayıb.

Müraciətdə deyilir: «Sizə 15 mart 2022-ci il tarixində “Baku City” MTK tərəfindən bir qrup Qarabağ qazisinin hüquqlarının pozulması ilə əlaqədar müraciət etmişdik. Müraciətimizin nəticəsi olaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dərhal məsələni araşdıraraq qısa bir zamanda qazilərimizin pozulmuş hüquqlarının bərpasına köməklik göstərdilər.


Bu səbəbdən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) 86 minlik üzvü adından şəxsən Sizə və tabeliyinizdəki qurumun bütün fədakar əməkdaşlarına böyük minnətdarlığımızı bildiririk!»

Elnur Səlim

Bu xəbəri paylaşın: