Rusiya FTX «LXR»-nin «Daxili İşlər naziri»ni həbs etdi

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya FSB-si qondarma “LXR-in Daxili İşlər nazirliyi”nin rəhbəri İqor Korneti həbs edərək həbsxanaya göndərib.

Bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib.

“Cəbhədəki uğursuzluqlar fonunda Moskva “LXR” liderləri arasında “təmizləmə işlərinə” başladı.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə daxil olan məlumata görə, “LXR daxili işlər naziri, general-mayor” Kornet İqor Aleksandroviç 29 aprel 1973-cü il təvəllüdlü Rusiya FTX (FSB) tərəfindən həbs edilib və hazırda FTX-nin Rostov-na-Donudakı təcridxanasında saxlanılır.

Kəşfiyyatçılar iddia edirlər ki, «LXR Daxili İşlər Naziri»nin həbsi hüquq-mühafizə orqanlarının və «respublika»nın siyasi rəhbərliyinin mənfi reaksiyasına səbəb olub.

Həmçinin bildirilir ki, Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, “LXR” yaraqlılarının lideri Leonid Paseçnik “Kornetin həbsdən azad edilməsi və yenidən vəzifəsinə qaytarılması üçün hər cür səy göstərir”.

Bu xəbəri paylaşın: