“İravunk” qəzetinin yazdığına görə, Nikol Paşinyan Moskvaya getməzdən əvvəl QONDARMA «Artsax» prezidenti Arayik Harutyunyan və Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyanla görüşüb.
Arayikə yaxın mənbədən «İravunk» qəzetinə bildiriblər ki, Arayik Arutyunyan Paşinyanla Moskvada keçirilən görüşlərdə tanınmayan «Artsax» parlamentinin qəbul etdiyi bəyanatda qeyd olunanları nəzərə almağı və ondan bir millimetr belə kənara çıxmamağı xahiş edib. İndi ümid qalır Paşinyanın insafına, deyilənləri RF Prezidenti V. Putinə necə çatdıracağı məlum deyil.
Məlumata görə Aprelin 20-də Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko ilə də görüşəcək. Fikir verin, hər üçü də ermənilərin yaxın dostları.
Deməli, Paşinyan Araikin tapşırıqlarını Putinə deməyə risk etməsə də yuxarıda adları çıkilən 3 dostuna və ya «qohumlarına» 100 % çatdıracaqdır.
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin drektoru
Proseslər müəllifin haqlı olduğunu göstərdi…
P.S. Dünən Rusiya Prezidenti Vladimir Putinlə çox məhsuldar danışıqlar keçirdik». Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə deyib. Onun sözlərinə görə, görüş zamanı çox mühüm razılaşmalar əldə edilib.
P.P.S. Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən danışıqlarda Qarabağ məsələsi ilə bağlı yekun razılıq əldə olunub. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə deyib.
“Təhlükəsizlik, Qarabağ münaqişəsi, regional infrastrukturun blokunun açılması, sərhədlərin demarkasiyası və delimitasiyası prosesi daxil olmaqla, bir sıra mühüm məsələlər üzrə yekun razılıq əldə olunub. Biz Prezident Putinlə məhsuldar müzakirə apardıq və birgə bəyanat qəbul etdik», — baş nazir bildirib.
Qeyd edək ki, Ermənistan hökumətinin başçısı bir gün əvvəl Rusiyaya rəsmi səfərə gedib. Aprelin 19-da Rusiya lideri ilə danışıqlar aparılıb.
