TƏBRİK: HACIYEV VASİF LƏTİF OĞLU — 45

  Yüksək intellektual səviyyəsi və idarəçilik qabiliyyəti, peşəkarlığı və humanistliyi, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün  5 (beş) ildən çox şərəfli xidmət yolunu   Daxılı İşlər Nazirliyinin  Daxili Qoşunlarında, 22 (iyirmi iki) ilini isə FHN-nin sıralarında xidmət edən polkovnik-leytenant Hacıyev Vasif Lətif oğlunun aprel ayının 23-də 45 yaşı tamam olur.

   Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Vasif müəllimi belə bir əlamətdar gün münasibətilə «Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev, onun pərəstişkarları səmimi  qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Arzu edirik ki,  Vasif Lətif oğlu Hacıyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

Hacıyev Vasif Lətif oğlu 1977 — ci ilın  aprel ayının 23-də Gürcüstan Respublikasının Bolnis rayonunda  ziyalı  ailəsində  anadan olub.

     1983-cü ildə Bolnis rayonunda 1-ci sinif rus məktəbinə gedib. 1989-cu ildə 5-ci sinifi bitirib və orta təhsilin davamını  Bakı şəhərində yerləşən Nizami rayonunda 32 nömrəli Məzahir Rüstəmov adına məktəbi 1994-cü ildə 11-ci sinifi bitirib.

    1995-ci ildə Daxili qoşunların baş idarəsinin Xəzər və Binəqədi rayonlarında həqiqi müddətli hərbi xidmət keçib. 1997-ci ildə müddətdən artıq hərbi qulluğa Nərimanov rayonunda yerləşən 64412 saylı hərbi hissədə topoqrafiya xəritələr anbarının rəisi və Daxili qoşunların baş idarəsinin döyüş hazırlığı idarəsində və 12318 saylı hərbi hissəsində Hauptvaxt rəsinin köməkçisi vəzifələrində xidmət edib. 1998-ci ildə Nərimanov rayonunda yerləşən Bakı yanğın texniki məktəbə daxil olmuşdur.

    2000-ci ildə Daxili işlər nazirliyinin baş Dövlət yanğın təhlükəszilik idarəsinin sərəncamına keçirilib sonra təhsilinin davamını Ukrayna FHN-nin akademiyasını bitirmişdir. Hal-hazırda FHN-nin sıralarında böyük inspektor vəzifəsində daxili xidmət polkovnik-leytenant rütbəsində  xidmət edir.

       Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə,  yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında,  Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga  və zərərsizləşdirilməsində , fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.

     O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Hərbi xidməti vəzifə borclarını yerinə yetirərkən göstərdiyi rəşadətə, Döyüş hazırlığı və döyüş xidməti göstəricilərə, Azərbaycan Dövləti və Azərbaycan respublikası prezidenti adından FHN-nin müvafiq əmri ilə qüsursuz xidmətlərə görə 3-cü dərəcəli nümunəvi işçi kimi orden medalı ilə təltif edilmişdir.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VASİF BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: