Başsağlığı: Allah rəhmət eləsin!
Daha bir veteranımız Haqqa yürüdü. AVMVİB Ağdaş rayon şöbəsinin üzvü, 47 yaşlı müharibə veteranımız Elşən Sabir oğlu Məmmədov vəfat edib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev məlumat verib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi, AVMVİB Ağdaş rayon şöbəsi rəhbərliyi və Fedai.az kollektivi müharibə veteranı Elşən Sabir oğlu Məmmədovun vaxtsız vəfatıyla bağlı yaxınlarına dərin hüznlə başsağlığı verir və mərhuma Allahdan rəhmət diləyirlər.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
