Peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təcövzkarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 18 ildən çox şərəfli və mənalı xidmət yolunu hərbi xidmətdə keçirmiş , 20 ildən çoxunu isə Ali Hərbi Məktəbdə Bədən tərbiyəsi və idman sahəsində müəllim vəzifəsində işləyən Müharibə Veteranı ehtiyatda olan mayor Abdullayev Ağazər Əmilələ oğlunun aprel ayının 25 də 59 yaşı tamam olur.
Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Müharibə Veteranı ehtiyatda olan mayor Abdullayev Ağazər Əmilələ oğlunu doğum günü münasibətilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Ağazər Abdullayevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun olaraq onu xoşbəxt edəcək şəkildə keçsin.Amin!
Müharibə Veteranı ehtiyatda mayor Abdullayev Ağazər Əmilələ oğlu 1963 — cü ilin aprel ayının 25 də Azərbaycan Respublikasının Qaradağ rayonun Ələt qəsəbəsində anadan olub.
1978 — ci ildə Azərbaycan Respublikasının Qaradağ rayonun Ələt qəsəbə orta məktəbin 8 -ci sinifni, 1981 -ci ildə Qaradağ rayonun Ələt qəsəbəsində texniki peşə məktəbini, 1986 — cı ildə işə Bakı Ali Hərbi Ümümqoşun ( BAHÜM) məktəbi bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsinin Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1981 — 1982 -ci illərdə Sovet Ordusunun Polşa Xalq Respublikasında yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətə olub.

1986- 1992- ci illərdə Sovet Ordusunun Polşa Xalq Respublikasında yerləşən tank alayında taqım komandiri, əlahiddə qumbara atan taqım komandiri vəzifəsində olub.
1993-ciü ilin yanvar ayından — 1999-ci ilın dekabr ayına kimi Daxili Qoşunların Hacıqabul rayonunda, Lənkəran şəhərlərində yerləşən hərbi hissələrdə Döyüş hazırlığı bölməsının rəisi, Xüsusi təynatlı Tabor komandiri, hərbi hissə komandirinin müavini- Qərargah rəisi və hərbi hissə komandiri, Daxili Qoşunların Bas İdarəsinin əməliyyat şöbəsində isə baş zabit vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
2001 -ci ildən etibarən Heydər Əliyev Adına Ali hərbi məktəbin Fiziki Hazırlıq və İdman kafaderasında müəlim işləyir.
Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda (Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində , fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Hərbi Xidməti Vəzifələrinin icrasına məsuliyyətlə yaşadığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş , yubiley və müvafiq idman dərəcələri ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi xidmətdə səmərəli və məqsədyönlü fəaliyyəti ilə fəriqləndiyinə görə SSRİ Ali Soveti, Azərbaycan Respublikasının Prezidenti adından, SSRİ Müdafiə Nazirinin müvaiq əmrləri ilə «Qüsursuz Xidmətlərə Görə» 3 -cü dərəcəli, » Silahlı Qüvvələrin yaranmasının» isə 70- iliyi medalları ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AĞAZƏR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev











