Daha bir Qazimizi itirdik…

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
(S. Vurğun)


Başsağlığı: Allah rəhmət eləsin!


Daha bir veteranımız Haqqa yürüdü. AVMVİB Abşeron rayon şöbəsi sədrinin təşkilati işlər üzrə müavini Məhəbbət Qasım oğlu Qasımov vəfat edib.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Abşeron rayon şöbəsinin sədr müavini, qazi Məhəbbət Qasımov, həm də Ə.S. İbrahimov adına Qobu 2 nömrəli tam orta məktəbində hərbi müəllim kimi gənc nəslin vətənpərvər ruhda yetişməsində iştirak edib.

Abşeron rayonunda müharibə veteranlarının problemlərinin həllində, vətənpərvərliklə bağlı tədbirlərin keçirilməsində və 44 günlük Vətən müharibəsi günlrində daim öndə olmağıyla seçilib. Belə bir vətənpərvər döyüşçümüzü itirmək hamımız üçün ağırdır. Onun işıqlı xatirəsi hər birimizin qəlbində daim yaşayacaqdır…


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi, AVMVİB Abşeron rayon şöbəsi rəhbərliyi və Fedai.az kollektivi müharibə veteranı Məhəbbət Qasım oğlu Qasımovun vaxtsız vəfatıyla bağlı yaxınlarına dərin hüznlə başsağlığı verir və mərhuma Allahdan rəhmət diləyirlər.


Allah rəhmət eləsin!


Məkanı cənnət olsun!


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: