Bu gün içimizdə müharibə əlillərinə qarşı münasibətdə iblis Stalin kimi qaniçən bir cəlladın nəvələrini görməkdəyik. Bu reallığı əks etdirən «Бунт палачей» filmi bizi belə düşünməyə vadar edir.
Əlbəttə müharibə dəhşətlərindən çıxmış bir çox ölkələrdə bu cür problemlər daim olub. Lakin kommunistlərin insana insan kimi yanaşmadığı bir ölkədən bundan artığını gözləmək olmazdı.
1949-cu ildə Stalinin 70 illik yubileyi qeyd edilməzdən əvvəl keçmiş SSRİ-də Böyük Vətən Müharibəsi əlilləri güllələnib.
Dövlət onlara elementar mövcudluğu belə təmin edə bilmədi və sadəcə olaraq onları məhv etmək yolu tutdu. Onların bəzilərini güllələdilər, bəzilərini Şimalın uzaq adalarına və Sibirin ucqar guşələrinə apardılar.
Bu film Stalinin düşərgələrindən birində şikəst əsgərlərin belə məhv edilməsinin bir hekayəsidir. Bəzi məmurların yadına «qoz salmırıq ki?» Çünki Stalin gorbagor deyirdi ki, harada insan yoxdursa, orada problem də yoxdur…
Filmi sizlərə təqdim edirik:
