Kəlbəcərdə Arzu Xatun alban məbədinə hay məbədi deyən rusların Ukraynadakı «kilsə sevgiləri»

Kəlbəcərdə Arzu Xatun Azərbaycan türklərinə məxsus tarixi alban məbədinə «hay məbədi» deyən rusların, Ukraynada nədənsə provaslav «kilsələrə sevgiləri» qıcqırıb. Təkcə Luqansk vilayətində ruslar müharibə başlayandan bəri azı 7 pravoslav kilsəsini dağıdıblar.


Məlumatı Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Sergey Qayday Telegram-da yayıb.


Qaydayın deyib: “Severodonetskdəki Məsih-Mövlud Kafedral kilsəsi 4 mərminin birbaşa zərbəsinə dayana bilib.


Mədəni irs abidəsi sayılan Sçastyedəki Müqəddəs Yekaterina kilsəsinin binası qismən dağılıb.

Rusiya ordusunun artilleriya mərmiləri Lisiçanskdakı Müqəddəs Mitrofanov kilsəsinə və Rubejnoyedə Moskva Motronasının şərəfinə kilsəyə düşüb.


Həmçinin, Qaydayın sözlərinə görə, Popasnadakı Müqəddəs Mixail kilsəsi, Rubijnıda isə yeni tikili — Müqəddəs Georgi kilsəsi zədələnib.

Həmçinin müharibə zamanı Trinitydəki Müqəddəs Üçlük Kilsəsində pəncərələr sındırılıb.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: