Ölkəmizdə sahibkarlığın inkişafı üçün yeni imkanlar açılır.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov «İqtisadiyyatın inkişafında sahibkarlığın rolu» adlı konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, qeyri-neft ixracının dəyəri ikinci ildir 40%-dən çox artır. Mikayıl Cabbarov milli valyutanın dəyərinin aşağı düşəcəyi ilə bağlı risklərin qarşısının alındığını da diqqətə çatdırıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə son 4 il ərzində azərbaycanda 49 min kiçik və mikro biznesin yaradıldığını deyib. Nazir çıxışında gələn aydan etibarən əmək müqavilələrin yeni qayda ilə imzalanacağını vurğulayıb.
Sahibkarların maliyyə resurslarina çixişi asanlaşdirilacaq. Bu məqsədlə maliyyə-bank sisteminə dair yeni yanaşmalar hazirlanir. Bunu «İqtisadiyyatın inkişafında sahibkarlığın rolu» adlı konfransda çıxış edərkən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, əsas məqsəd sahibkarların maliyyə resurslarından çıxışının genişləndirilməsidir. Nazir bildirib ki, yeni yaradılan Biznesin İnkişafı Fondu da formalaşmasının son mərhələsindədir.
Nazir vurğulayıb ki, Bölgədə baş verən hadisələr Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Eyni zamanda, təhdidlər təhlil olunur və qabaqlayıcı addımlar atılır. Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycanda son illər müxtəlif səbəblərə görə milli valyutanın məzənnəsi və dəyər zəncirinin aşağı düşməsi kimi risklər də artıq mövcud deyil. Nazir Həyata keçirilən tədbirlər nəticəsində həmin risklərin Azərbaycan iqtisadiyyatına təsirilərinin qarşısının alındığını diqqətə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi sahil babayev isə deyib ki, son 4 il ərzində azərbaycanda 49 min kiçik və mikro biznes subyekti yaradilib. Nazir qeyd edib ki, hazırda özəl sektorun payı iqtisadiyyatın əhəmiyyətli, demək olar mütləq hissəsinə çevrilib. Bu gün Azərbaycanda hər il ən azi 100 min insan əmək bazarina daxil olur. Son 3-4 ildə Azəbaycanda əmək müqavilələrinin sayı 30 % artıb. Yaxın vaxtlarda əmək müqavilələri elektron qayadada imzalanacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov isə deyib ki, işğaldan azad olunmuş ərazilərlə bağlı indiyə kimi mindən çox şirkət tərəfindən müraciət daxil olub.
Qeyd edək ki İçərişəhərdə sahibkarlar gününə həsr olunmuş KOB fest sərgi satış yarmarkası da keçirilir.
