Müharibə Rusiyaya yayılır: Üç şəhərdə partlayışlar və yanğınlar baş verib

Ötən gecə Rusiya Federasiyasının Voronej, Kursk və Belqorod vilayətlərində partlayış səsləri eşidilib.

Yerli hakimiyyət sursat anbarında yanğın, hava hücumundan müdafiə sistemlərinin işləməsi, həmçinin Voronej yaxınlığında səmada kiçik ölçülü pilotsuz uçan aparatın vurulması barədə məlumat verir.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev deyib: «Bu səhər Voronej yaxınlığında səmada hava hücumundan müdafiə sistemi kiçik ölçülü kəşfiyyatçı PUA-nı aşkar edib və uğurla məhv edib». O əlavə edib ki, vəziyyəti şəxsi nəzarətdə saxlayır və əmin edib ki, bölgə sakinləri üçün heç bir təhlükə yoxdur.

Kursk vilayətinin qubernatoru Roman Starovoytun sözlərinə görə, bu gecə saat 2:45-də Kursk şəhərinin bir çox sakini partlayış səsləri eşidib.

«Hadisənin təfərrüatları dəqiqləşdirilir. İlkin məlumatlara görə, hava hücumundan müdafiə sistemi işləyir. Tələfat və dağıntı yoxdur», — o, Telegram-da bildirib və daha sonra təfərrüatları açıqlayacağını vəd edib.

Onun Belqorod vilayətindən olan həmkarı Vyaçeslav Qladkov xəbər verir ki, Staraya Nelidovka kəndi yaxınlığında bu gecədən başlayan və silsilə partlayışlarla müşayiət olunan silah-sursat anbarının açıq şəkildə yandırılması artıq aradan qaldırılıb.

“Fövqəladə Hallar Nazirliyinin Belqorod vilayəti üzrə baş rəisi Sergey Potapovun hesabatına görə, dinc əhali arasında itki yoxdur. Qurum rəsmisi əlavə edib ki, yaşayış binalarına və evlərə heç bir ziyan dəyməyib.

Bu arada şəbəkədə Voronejdə pilotsuz uçan aparat, Kursk vilayətində hava hücumundan müdafiə zərbələri və Belqorod vilayətində gecə səmasında çaxnaşmaların əks olunduğu görüntülər peyda olub.

Mənbə: Bizimyol.info

Bu xəbəri paylaşın: