Prezident Vladimir Putin deyib ki, əgər kimsə Ukraynadakı vəziyyətə kənardan müdaxilə etmək istəsə və strateji xarakterli təhlükə yaradarsa, o zaman “ildırım sürətli zərbə alacaq”. Onun sözlərinə görə, belə bir hücumla bağlı bütün qərarlar “artıq qəbul edilib”.
TASS-ın verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O, bildirib ki, Rusiyaya qarşı təhlükə yaranarsa, ölkəsi ona cavab olaraq rəqiblərinin hələ ki, malik olmadığı vasitələrdən istifadə edəcək.
Bu xəbəri paylaşın: