Müğənni iki aydan artıqdır zirzəmilərdə oturan insanlara kömək etməyə çağırıb.
Ukraynalı müğənni Olya Polyakova Ukraynada Rusiyanın günahı ucbatından baş verən dəhşətləri bütün dünyaya göstərmək üçün imkanlar axtarmağa davam edir. Belə ki, sənətçi mülki əhalinin və Ukrayna hərbçilərinin Mariupoldan azad edilməsinə kömək istəyi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.
“İnterfaks” xəbər verir ki, müraciət “Freedom” telekanalında Rinat Axmetovun «Şaxtyor» komandasıyla Türkiyənin “Antalyaspor” klubu arasında keçirilən xeyriyyə futbol matçından sonra yayımlanıb.
«Azovstal»ı götürün. Hamımız gördük ki, nə qədər adam var. Orada 1000 nəfər var. Orada çoxlu uşaq var. Bu uşaqlar 61 gündür günəşi görmürlər. Təsəvvür edirsinizmi, 61 gündür insanlar zirzəmilərdə oturub? Mən yerli «hökumətə və şəxsən Ərdoğana üz tutmaq istəyirəm ki, o, dəniz dəhlizini açsınlar. O, Mariupol sakinlərini və onun müdafiəçilərini xilas edə bilsin! Ona görə də sizdən xahiş edirəm ki, təcavüzkara öz təsirinizdən istifadə edəsiniz və bir əməliyyat həyata keçirəsiniz. Bu böyük və çox vacib xilasetmə missiyası olar”, — Polyakova telekanalın efirində bildirib.