Ukrayna Təhlükəsizlik Xidməti axtaran xəyanətkarlar Xersonda üzə çıxıblar

Rusiya işğal gücləri Xerson şəhərinə və bölgəyə yeni rəhbərlər təyin ediblər.

RİA Novostinin verdiyi xəbərə görə, Rusiya işğalçı qüvvələrinin nəzarətində olan Xerson şəhərinin yeni meri şəhər şurasının deputatı Aleksandr Kobets təyin edilib, keçmiş mer İqor Kolıxayev vəzifəsindən azad edildi. Xerson vilayətinə 2012-ci ilə qədər Xersona rəhbərlik etmiş Vladimir Saldo rəhbərlik edib, RİA Novosti-yə şəhərin hərbi-mülki administrasiyasından bildirilib.

“Aleksander Kobets Xerson şəhərinin yeni rəhbəri oldu, keçmiş mer Kolyxayev əməkdaşlıq etmək istəmədi. Vilayətə isə Vladimir Saldo rəhbərlik edəcək”, — deyə mənbə bildirib.

Verilən xəbərlərə görə, Kobets 1959-cu ildə Xersonda anadan olub, SSRİ dağılana qədər DTK-da xidmət edib, sonra SBU-da xidmətini davam etdirib, oradan 2010-cu ildə təqaüdə çıxıb.

Saldo 2002-ci ildən 2012-ci ilə kimi Xerson şəhərinin meri olub, o, Regionlar Partiyasından Radaya seçildikdən, sonra Xerson Şəhər Şurasının deputatı olub.

Xatırladaq ki, Nikolayev vilayətinin rəhbəri Vitaliy Kim Xersonda rusiyayönlü bloqqerin qətlini şərh etmişdi.

Kim demişdi: “Bu gün rusiyalı bloqqer maşında güllələnib. Bu o deməkdir ki, Xerson Ukraynadır, orada partizanlar var və bütün satqınlar beləcə edam olunacaqlar.

Mən bu sözdən qorxmuram, belə də olacaq. Biz isə xalqımızın ölümünə bais olan xainləri güllələməyi qadağan edə bilməyəcəyik”.

Bu xəbəri paylaşın: