Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi ( AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev Polis və müharibə veteranı, AVMVİB-nin Yardımlı rayon şöbəsinin sədri ehtiyatda olan polis mayoru Əliyev Mayılxan Əzuzula oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən möhkəm olan can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Mayılxanın yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Əliyev Mayılxan Əzuzula oğlu 1955 — ci ildə Azərbaycan Respublikasının Yardımlı rayonun Bilinə kəndində anadan olub.
Yardımlı rayonun Vərgədüz kənd orta məktəbi bitrib.
1973- 1975 -ci illərdə Sovet Ordusunun Leninqrad şəhərində yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 1976 — 2010 -cü ilərdə Daxili İşlər Orqanlarında Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

Mayılxan Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, oğlu isə baş zabit vəzifəsində 44 günlük Vətən Müharibəsində fəal iştirak edib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev





