TƏBRİK: İBRAHİMOV NATİQ ŞAMİL OĞLU — 58

    İnsan üçün ən yadda qalan günlərin başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bu bahar təravətli yaz günündə peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi,işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təcavüzkarlığı  və vətənpərvərliyi ilə seçilən Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün  22 — ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətə həsir etmiş  ehtiyatda olan polkovnik —  leytenant  İbrahimov Natiq  Şamil oğlunun  aprel ayının 29 da 58 yaşı tamam olur.

  Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan polkovnik — leytenant  İbrahimov Natiq Şamil oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin  neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

Arzu edirik ki,  Natiq Ibrahimovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin .

     Polkovnik — leytenant  İbrahimov Natiq Şamil oğlu  1964 -cü ildə  Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Tumaslı  kəndində anadan olub.

     1981- ci ildə  Şərur rayonun Tumaslı kənd orta məktəbi,  1986- cı  ildə  Azərbaycan Politexnik İnstitunu,  1989 -cu ildə isə Marksizm və Leninzim Ünverstetini  bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Baş İdarəsində  və    Naxçıvan Muxtar Respublikasının  Əlahiddə Ümum  Qoşun  Ordusunda   və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda,  xüsusi taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.  Hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyəyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankarara, İstanbul,  İzmir (Foce) və Igdır şəhərində  yerləşən hərbi hissələrdə və hərbı məktəblərdə  işgüzar səfərdə olmuşdur.

     1989 — 1990 — ci illərdə  Sovet Ordusunun  Gürcüstan Respublikasının Batumi şəhərində yerləşən hərbi hissədə taqım komandiri,  1995 — 2015 -ci illərdə isə  Daxili Qoşunların Baş İdarəsinin  Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində  və Bərdə rayonunda yerləşən    Birqadada xüsusi təyinatlı taqım komandiri,  tərbiyə bölməsində baş  təlmatcı , Briqadada (Alay) komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

     Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga  və zərərsizləşdirilməsində , fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Səmərəli və məqsədyönlü fəaliyyəti ilə xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə  «Qusursuz Xidmətlərə Görə»  1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə  10 -iliyi və 90-iliyi yubileyi medalları ilə təltif  olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NATİQ BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: