Ermənistan ordusunun 20 yaşlı hərbi qulluqçusu xidmət yoldaşı tərəfindən güllələnərək öldürülüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə dünən saat 19:20 radələrində baş verib. «N» saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət qulluqçusu, 2002-ci il təvəllüdlü Samvel Sanoyan xidmət yoldaşı tərəfindən güllələnib. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisənin səbəbləri araşdırılır.
Bu xəbəri paylaşın:
