Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı gündən bütün varlığı və imkanları daxilində təşkilatın mənafeləri üçün çalışan, öncə «Veteran», daha sonra «Fədai» qəzetlərində xüsusi müxbir kimi könüllü və təmənnasız fəaliyyət göstərən Rauf Hüseynovu 60 illik yubileyi münasibətiylə AVMVİB sədri Füzuli Rzaquliyev Xatirə medalı və Fəxri fərmanla təltif etdi.
Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu iştirak edib.
Yubilyarı təbrik edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri F. Rzaquliyev bildirdi ki, bu mükafatın döyüşçülər tərəfindən verilməsinin özü bir məsuliyyətdir. İnanıram ki, bundan sonra da Rauf Hüseynov yenə öz qələmi və imkanları ilə veteranlarımızın problemlərinin həllində yardımçı olacaqdır. Bizimlə birgə addımlayacaqdır. Çünki Rauf Hüseynov bu gün həm də bir müharibə veteranı atasıdır. Oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısı və veteranıdır. Təbrik edirəm!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov da yubilyarı təbrik edərək, bundan sonra da öz fəaliyyətini daha səmərəli və enerjili bir şəkildə davam etdirməsini arzulayıb.
Bir daha Rauf Hüseynovu 86.000 nəfərlik veteranlar ordusu, Veteran.az və Fədai.az kollektivi, könüllüləri adından təbrik edirik!
Elnur Səlim






