«Ya Ukraynanı itirəcəyik, ya da 3-cü Dünya Müharibəsi başlayacaq. Mən realist olaraq 3-cü Dünya Müharibəsi variantını seçirəm».
Bu fikirləri «Russia Today»-in redaktoru Marqarita Simonyan qatıldığı teleproqramda deyib.
«Xalqımızı və ölkə rəhbəri Vladimir Putini tanıyaraq bunu deyirəm. Bütün bunların nüvə hücumu ilə sona çatması, mənə digər hadisələrlə müqayisədə daha çox güman edilir. Bir tərəfdən bu, dəhşətlidir, amma belədir. Biz cənnətə gedəcəyik, onlar isə sadəcə olaraq qırılacaqlar… Onsuz da bir gün hamımız öləcəyik”, — deyə Simonyan əlavə edib.
Bu xəbəri paylaşın:
