Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsi şəhid analarını üzvlüyə qəbul edib. Şəhid anaları Amalya Humay qızı Hacıyeva, Sədaqət Süleyman qızı Əliyeva və Sevda Əbil qızı Həsənova AVMVİB üzvlüyünə qəbul ediliblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov məlumat verib.

S. Əbilov bildirdi ki, şöbənin bütün tədbirlərində yaxından iştirak edən şəhid analarını sıralarımızda görməkdən qürur duyuruq.
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Füzuli


