Xarkov vilayətinin İzyum şəhərində Rusiya Federasiyası Baş Qərargah rəisi Valeri Gerasimovun olduğu 2-ci Ordusunun qərargahı ərazisində güclü partlayış baş verib.
Bu barədə Ukraynanın daxili işlər nazirinin müavini Anton Geraşenko məlumat verib.
“Ümid edirəm ki, o, yüzlərlə zabiti ilə birlikdə ölüb”, — deyə nazir müavini bildirib.
Geraşenkonun sözlərinə görə, Rusiyanın Baş Qərargah rəisi Slavyansk istiqamətindəki hücuma şəxsən rəhbərlik etmək üçün əraziyə gəldiyi deyilirdi.
Versiyaya görə Valeri Gerasimov da öldürülənlər arasında ola bilər. Digər yayılan xəbərlərə görə isə partlayışdan yaralanma ilə qurtulan V. Gerasimov ərazidən qurtulmağa çalışdığı deyilir. Yadıma bir bu günləri əks etdirən bir Odessa lətifəsi düşdü.
İsrailli Monya Odessada yaşayan dostuna zəng edir:
-Senya orada nə baş verir?
-Heç Rusiya bir balaca NATO ilə müharibə edir.
-İtkilər varmı?
-Hə var. Rusiya yüzlərlə təyyarə və helikopter, mindən çox tank, BMP, bir neçə gəmi, müxtəlif texnikalar və minlərlə adam itirib.
-Bəs NATO — nun itkiləri varmı?
-Desəm inanmazsan. NATO hələ də gəlib çıxmayıb…
Elnur Səlim
