TƏBRİK: BAXŞIYEV RƏCƏB XUDAYAR OĞLU — 53

    İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bu bahar təravətli yaz günündə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Bırlıyının Nizami rayon şöbəsinin sədri  Hörmətli  Baxşıyev Rəcəb Xudayar öğlunun  may ayının  2- də dünya göz açdığı gündür.

    Daima həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Müharibə Veteranı Rəcəb  Baxşıyevi belə bir əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  rəhbərliyi,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev  səmimi qəlbdən təbrik edir ,səbəbkara həyatda insan üçün ən şirin nemət  olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Arzu edirik ki,  Rəcəb  Xudayar oğlunun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun olaraq  onu xoşbəxt edəcək şəkildə keçsin.

     Baxşiyev Rəcəb  Xudayar oğlu  1969 — cu ilin  may ayının  2 — də  Lerik rayonun  Pirasora kəndində anadan olub.

      O, Lerik rayonun Pirasora kənd orta məktəbi və Dağıstan Dövlət  Universitetinin  Bakı filalını bitrib.

       1987-1989 -.cu illərdə  Rusiyanın Kemerovo vilayətində müddətli  həqiqi hərbi xidmətə olub.

      Rəcəb Baxşıyev 1991- ci ilin oktyabr ayından — 1992- ci illin  iyul ayının 5- nə kimi  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Goranboy, Ağdam rayonları istiqamətində) gedən döyüşlərdə , eləcə də  Goranboy rayonundakı bir sıra  kəndin ermənlərdən təmizlənsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlib. 1992-ci illin iyul ayının 5- də Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanıb.

      O, Azərbaycan Respublikasının  Konstitusiyasına və qanunlarına əməl edilməsi,  «İctimai Şüra Haqqında» Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində  üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət və şərəf hissi ilə yerınə  yetirir.

    Hərbi xidməti və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş  keyfiyyətləri göstərdiyinə, ona həvalə edilmiş  ictimai  vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə  Azərbaycan Ordusunun Qərargah rəisinin,  xidmət etdiyi hərbi hərbi hissə komandirinin,  Nizami rayon İcra Hakimiyyəti Başçısının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin, Respublika  İctimai təşkilat sədirlərinin müvafiq  əmrləri ilə  bir sira medalarla, döş nişanları ilə təltif edilib, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

      Hal- hazırda  Baxşiyev Rəcəb Xudayar oğlu  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri və Bakı şəhər  Nizami rayon İcra Hakimiyyəti  yanında İctimai şuranın müavini vəzifəsində Vətənə Dövlətə və xalqa sədaqətlə  xidmət edir.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏCƏB BƏY!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: