Qarabağdakı erməni yaraqlıları «sülhməramlılar»ın gözü qarşısında səngər qazır

Qış fasiləsindən sonra qeyri-qanuni erməni silahlı birləşmələri yenidən Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında mühəndislik işləri aparmağa başlayıb.

Fədai.az caliber.az-a istinadən xəbər verir ki, bu haqda informasiyanı məlumatlı mənbə yayıb.

Bildirilir ki, mayın 3-də səhər saatlarında erməni silahlılarının Xocavənd rayonu istiqamətində səngər qazdıqları qeydə alınıb. 

Üstəlik, bu, birbaşa Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Videodan da göründüyü kimi, sülhməramlılara məxsus BTR-82A yuxarıda qeyd olunan ərazidə yerləşsə də, ekipaj qeyri-qanuni qazıntı və tikinti işlərinə heç bir şəkildə müdaxilə etmir. 

Bu xəbəri paylaşın: