İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Belə insanlardan biridə işgüzarlığı, yüksək intellektual səviyyəsi və idarəçilik qabiliyyəti ilə secilən, ömrünün ən məhsuldar dövrünü Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində kecirən, «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Nərmanov rayon şöbəsinin sədri Hörmətli Osmanov Qurbanəli Bayram oğlunun may ayının 4 -də onun 59 — yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan, Müharibə Veteranı Osmanov Qurbanəli Bayram oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Osmanov Qurbanəli Bayram oğlu 1963-cü ilin may ayının 4-də Azərbaycan Respublikasının Ağsu rayonunun Qəşəd kəndində anadan olub. 1978-ci ildə Ağsu rayonunda Aslan Sultanov adına Qəşəd kənd orta məktəbin 8 (səkkizinci) sinfini , 1980-ci ildə Bakı şəhərində Riyaziyyat Təmayullu orta məktəbin 10 (onuncu) sinifni, 1990- cı ildə isə Azərbaycan Dövlət Neft — Kimya İnstitutunu bitrib.
1984 — 1992-ci illərdə Bakı Məişət Kondisonerləri Zavodunda müxtəlif vəzifələrdə, Bakı şəhər əsalı tikinti və şəhərsalma idarəsində isə təchizat şöbəsinin müdiri vəzifəsində işləyib.

1981- 1983 -cü illərdə Sovet Ordusunun Rusiya Sovet Federativ Sosialist Respublikasının Vladimir Vilayətində yerləşən hissələrində müddətli həqiqi hərbi xidmətə olub.
1993- 1995 -ci illərdə Ağdam və Füzuli rayonları istiqamətdə gedən döyüşlərdə düşmənə qarşı qətiyyətlə vuruşub.
1994 — cü ilin yanvar ayında Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda (Füzuli rayonu istiqamətində) gedən döyüşlərdə yaralanıb.

Qurbanəli Osmanov 44 gün davam edən və torpaqlarlarmızın azadlığı ilə nəticələnən «Dəmir Yumruq» Əməliyyatlarda hərbi qulluqçularmızın yanında olaraq, döyüşçülər sırasında ön cəbhədə döyüşən oğlu ilə birgə Vətənimizin müdafiəsi üçün əlindən gələn köməyi əsirgəməyib.

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi içində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gələrək, ictimaiyyət, müharibə veteranları işlədiyi kolektiv, dost — tanış, qohum — əqraba arasında özünə layiq hörmət qazanıb.
Azərbaycan Respublikasının Müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında, xidmət etdiyi hərbi hissəyə və işlədiyi ictimai birliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının, bir sıra Respublika İctimai Birliy sədirlərinin müvafiq əmrləri ilə Xatirə medalları və döş nisanları ilə təltif olunub. Fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırıb. Ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, QURBANƏLİ BƏY!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev





