Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər şöbəsi müqəddəs Ramazan bayramı münasibətiylə tədbir keçirib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev məlumat verib.

Tədbirdə Xankəndi şəhərindən olan şəhid ailələri və müharibə veteranları iştirak ediblər. AVMVİB Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev tədbir iştirakçılarının bayramını təbrik edib. Daha sonra tədbir iştirakçıları üçün çay süfrəsi açılıb.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini Salman Musayev iştirak edib.
N. Məmmədli

