Rusiyanın Ukraynanı işğalına yönəlmiş müharibə əvvəlki aylarla müqayisədə daha yavaş davam edərkən, Aİ ölkələri Rusiyadan aldıqları enerjini azaltmağa və sanksiyaları sərtləşdirməyə davam edir. Artıq Rusiyadan təbii qaz idxalının dayandırılması ilə bağlı müzakirələrə neft də əlavə edilib.
2 mayda Brüsseldə bir araya gələn Avropa İttifaqının enerji nazirləri Rusiyaya qarşı neft embarqosu ilə bağlı sərt mesaj verdilər. Bununla belə, təbii qaz və neft baxımından Rusiyadan asılı olan Macarıstan və Slovakiya kimi ölkələrin qərara əməl edə bilməyəcəyi bildirilir. Bu səbəbdən AB daxilində qısa müddətdə konsensusa nail olunması gözlənilmir. Der Spiegel saytında yer alan xəbərdə AB-nin artıq Macarıstan və Slovakiyanı neft embarqosundan kənarda saxladığı bildirilib.
6-CI PAKET ELAN EDİLƏCƏK
Aİ Komissiyasının sabah açıqlayacağı altıncı sanksiya paketində neft embarqosuna hansı ölkənin və nə vaxt əməl edəcəyi ilə bağlı müəyyən işləmlərin olacağı gözlənilir. Ehtiyacı olan neftin 35 faizini Rusiyadan təmin edən Almaniya embarqoya yaşıl işıq yandırıb. Federal İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, son aylarda Rusiyadan alınan neftin həcmi 12 faizədək enib. Bu dövrdə Almaniyanın aldığı təbii qaz 55 faizdən 35 faizə düşüb.
AB-nin açıqlayacağı sanksiya paketində neft embarqosu ilə bağlı bəzi təkliflərin olacağına əmin olduğunu ifadə edən Almaniya İqtisadiyyat naziri Robert Habek, qərar qəbul etmək üçün AB ölkələrinə bir neçə gün vaxt veriləcəyini bildirib. AB Komissiyası tərəfindən ediləcək təklif üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilməlidir.
MACARISTANDAN VETO MESAJI
Macarıstan daha əvvəl neft embarqosuna əməl etməyəcəyi və buna görə də veto qoyacağı mesajını vermişdi. AB-nin daha əvvəl qəbul etdiyi sanksiya qərarlarını qəbul edən Macarıstan Ukraynaya ağır silah göndərməkdən də imtina edib. Edilən şərhlərdə Macarıstan kimi Rusiya neftindən asılı olan ölkələr üçün istisna oluna biləcəyi təklif edilir. Bu çərçivədə onlara müəyyən bir müddətin tanına biləyi ifadə edilir.
Aİ ölkələrində əvvəllər razılaşdırılmışdı ki, Rusiyaya qarşı sanksiyalarla bağlı fikir ayrılığı ictimaiyyətdə çox müzakirə edilməməlidir. Bu səbəbdən də Macarıstan kimi digər ölkələrin də qərara etiraz edə biləcəyi bildirilir. Bunların başında enerji baxımından Rusiyadan asılı olan Slovakiya və Bolqarıstan gəlir. İddia olunur ki, Aİ bu ölkələrə təbii qaz və neft baxımından Rusiyadan müstəqil olmaq üçün gələn ilin əvvəlinə qədər vaxt verə bilər.
Avropa İttifaqının energetika nazirlərinin qərarından sonra açıqlama verən Macarıstanın Baş Nazirlik Aparatının rəhbəri Gergely Gulyas, hazırda Rusiyadan alınan təbii qaz və nefti əvəz etmək imkanlarının olmadığını, onlara ən azı 5 il vaxt və bunun üçün pul lazım olduğunu bildirib.
HANSI Aİ ÖLKƏSİ RUSİYADAN NƏ QƏDƏR NEFT ALIR?
Aİ Rusiyaya neft embarqosu qoysa, neftin qiymətinin artması bir çox məhsullarda özünü göstərəcək. Problemlər xüsusilə AB ölkələri arasında Rusiyadan ən çox neft alan Hollandiya, Almaniya və İtaliya kimi ölkələrdə hiss olunacaq. 2021-ci ildə Hollandiya 17 milyard 310 milyon dollar, Almaniya 9 milyard 192 milyon dollar, İtaliya 4 milyard 222 milyon dollarlıq neft idxal edib. Həmin il Türkiyə Rusiyadan ümumilikdə 2 milyard 106 milyon dollarlıq neft alıb. Rusiyadan lider neft idxalçısı isə 34 milyard 644 milyon dollarla Çindir.
Aİ ölkələri 2021-ci ildə ehtiyac duyduqları neftin 47 faizini 50,9 milyard dollar ödəməklə Rusiyadan qarşılayıb. Mart ayının sonuna olan məlumata görə, İngiltərə ehtiyac duyduğu neftin 8 faizini Rusiyadan ödəyir.
Belə olan halda Aİ-nin ehtiyac duyduğu neftin yarısını digər ölkələrdən ödəməyə meylinin dünya neft bazarında qiymət artımına səbəb olacağı bildirilir. Bunun xüsusilə neft ixracatçısı olan ərəb ölkələrinə fayda verəcəyi bildirilir.
BU FAKTURANI DA XALQ ÖDƏYƏCƏK
Ukrayna müharibəsi səbəbiylə Rusiya ilə bir çox sahədə anlaşan AB ölkələrinin Rusiyaya iqtisadi zərbə vurmaq üçün verdiyi qərarlar neft və təbii qaz qiymətlərindəki hədsiz artımlar kimi Avropa xalqlarının cibindən ödənəcək.
Bəzi ölkələrdə bunun təsirini azaltmaq üçün dövlət tərəfindən verilən yardımlar qalıcı deyil. Bu səbəbdən AB daxilində enerji siyasətində dəyişikliklə bağlı yaranan fərq xalq tərəfindən ödəniləcək.
Türkiyə mətbuatına əsasən Əli Nəsib Zərdabi
