Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, sədrin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, NTK sədri Niyazi Quliyev, şöbə müdiri Rasim Süleymanov və AVMVİB Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarov sıralarımızı vaxtsız tərk etmiş Kamil Şirinovun ailəsinə baş çəkiblər.
44 günlük Vətən müharibəsində Orduya göstərdiyi dəstəklə bağlı Müdafiə nazirliyinin verdiyi Fəxri fərman qardaşı, müharibə veteranı, hırbi həkim Habil Şirinova təqdim edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini olmuş Kamil Şirinov öz həyatının mənalı dövrünü Vətənə və millətə həsr etmiş döyüşçülərimizdəndi. Amansız COVİD-19 — a yoluxaraq 57 yaşında həyata vida etdi.
Rəhmələ anırıq…
Məkanı cənnət olsun!
AVMVİB Mətbuat Xidməti


