İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Belə insanlardan biri də peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş istefada olan Mayor Ağayev Əziz Novruz oğlunun may ayının 5 -də 65 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ cıxan ehtiyatda olan istefada olan mayor Ağayev Əziz Novruz oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Əziz Ağayevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
İstefada olan mayor Ağayev Əziz Novruz oğlu 1957 -ci ilin may ayının 5- də Zəngilan rayonunun Genlik kəndində anadan olub.
1974 -cü ildə Zəngilan şəhər 1 nömrəli orta məktəbi, 1980 -ci ildə Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Maqnitoqorski şəhərində İnşaat Müəllimlər İnstitutunu bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki — təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1980-1992-ci illərdə Bakı şəhər təhsil idarəsində metodist vəzifəssində işləyib. 1992-2006 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissədə Briqadanın mənzil istismar xidmətinin rəisi
vəzifəsində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi andın, “Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin” tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır.
Mayor Ağayev Əziz Novruz oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, özünü qorxmaz , insanpərvər, əli açıq, yüksək intellektual səviyyəli bir zabit kimi göstərmişdir. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost — tanış, qohum- əqrəba arasında özünə layiq hörmət qazanmışdır .
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, cinaətkarlığa qarşı mübarizədə, Dövlətin ərazi bütövlüyün təmin edilməsində isə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlaçı döş və yubiley nişanları ilə mükafatlandırlıb ,ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanılmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
1.»Qusursuz Xidmətə görə » 3- cü dərəcəli — Silahlı Qüvvələrdə -10 il təqvim il xidmətə görə;
2. » Silahlı Qüvvələrin yaranmasının » 10 -illiyi ( 1991- 2001) yubiley medalı ilə;
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏZİZ BƏY!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin müavini polkovnik Salman Musayev




