Putin Bennetdən üzr istəyib

Rusiya Prezidenti Vladimir Putin və İsrailin baş naziri Naftali Bennett arasında telefon danışığı baş tutub. 


Putin Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovun Hitlerdə «yəhudi qanı var» şərhinə görə Bennetdən üzr istəyib.


Bennett üzrxahlığını qəbul edib və Rusiya prezidentinin mövqeyini aydınlaşdırdığı üçün ona təşəkkür edib.

İsrail prezidenti İsaak Hersoq belə açıqlama verib. O bildirib ki, Lavrovun açıqlamalarından həm qəzəblənib həm də iyrənib.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hitlerin yəhudilərlə qohumluğu olub” sözlərinə görə üzr istəməlidir”..

Qeyd edək ki, Sergey Lavrov İtaliya mediasına açıqlamasında Ukraynada faşistlərinin olduğunu irəli sürmüşdü: “Bəzi ukraynalı hərbçilərin üzərində faşist simvolları var. Zelenskinin yəhudi olduğunu deyirlər. Məncə Hitlerin yəhudilərlə qohumluğu var idi. Yəhudilərə qarşı ən böyük qüvvə elə yəhudilərdir”.

Bu xəbəri paylaşın: