İlham Əliyev Türkiyəyə səfərə hazırlaşır

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Bildirilib ki, səfər may ayının 14-də baş tutacaq.


Məlumata görə, Prezident İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla birlikdə Rize-Artvin hava limanının açılış mərasiminə qatılacaq. Açılış tədbirindən sonra Prezident Ərdoğanın adından Azərbaycan lideri və digər qonaqların şərəfinə ziyafət veriləcək.


Qeyd edək ki, Rize-Artvin Hava Limanının ildə təxminən 3 milyon sərnişinə xidmət göstərməsi planlaşdırılır.  Hava limanı ümumi 47 min 133 kvadratmetr qapalı sahəni əhatə edəcək. Açılış mərasimindən sonra Rizə-Artvin aeroportundan uçuşlar başlayacaq.

Bu xəbəri paylaşın: