Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin üzvü olan bir qrup müharibə veteranı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibəti ilə Müzəffər Ordumuzun N sayı hərbi hissəsinin şəxsi heyəti ilə görüşə yollanıb.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.
«ORDU XALQ, XALQ ORDU» birliyi devizi altında keçirilən möhtəşəm Bayram tədbiri keçirilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibəti ilə əsgərlərə bayram sovqarları təqdim edilib.

Müğənni Gülbəniz xanım, Elvüqar bəy və digər İncəsənət ustalarının rəngarəng ifaları coşqu ilə qarşılanıb. Onların çıxışları əsgərlər tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Görüşdə ehtiyatda olan polkovnik Elmar Hüseynov, Qazi Vidadi Ağagülov əsgərlər qarşısında çıxış ediblər.
Komandanlıq tərəfindən tədbir iştirakçıları Fəxri fərmanla təltif olunublar.
Elnur Səlim




