Lənkəran veteranları Heydər Əliyevin 99 illiyinə həsr olunmuş tədbir keçirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsi rayonun Veteranlar klubunda müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin 99 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir öz işinə Himnimizin səslənməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsiylə başladı.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov məlumat verib.

Sədr İlham Qurbanov qeyd etdi ki, biz bugün müstəqil və azad dövlətdə yaşayırıqsa, bunu ümumilli liderimiz Heydər Əliyevə borcluyuq. Heydər Əliyev irsinin layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, bugün üçrəngli bayrağımız işağldan azad olunmuş torpaqlarımızda dalğalanmaqdadır. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, dahi liderin bir vaxtlar dediyi: «Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur» fikirləri əslində bir strateji plandır. O böyük insanı rəhmətlə anırıq.

Çıxış edən müharibə veteranları da Ulu Öndər Heydər Əliyevin Azərbaycana bağlı bir lider olması haqqında danışdılar.


Tədbirdə Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədrinin müavinləri Saleh Dostiyev, Təzəxan Əsgərov, Əfqanıstan və Qarabağ veteranı, fəxri üzvümüz Əflatun İsmayılov, müharibə veteranları iştirak edirdilər.


Tədbirin yekununda isə şöbənin fəal üzvləri mükafatlandırıldı. Müharibə veteranı Qəhrəman Rəhimov AVMVİB-nin təsis etdiyi Xatirə medallarıyla təltif olundu. Şöbənin daha bir üzvü, Hüseyn Sucayev isə 70 illik yubileyi ilə əlaqədar AVMVİB sədri Füzuli Rzaquliyev tərəfindən Xatirə medalı və Fəxri fərmanla təltif edildi.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: