Heydər Əliyev — 99: AVMVİB Xocavənd və Beyləqan rayon şöbələri tədbirdə iştirak ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Beyləqan rayon şöbələri Beyləqan rayonunda keçirilən müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin 99 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmədovun rəhbərliyi ilə rayon veteranları Ulu Öndərin abidəsi önünə gül qoymuşlar.

Tədbirdə iştirak edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov bildirdi ki, AVMVİB hər il olduğu kimi bu il də rayonun müharibə veteranları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər və gül qoydular. O, Heydər Əliyev irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad edilməsi ilə nəticələnən Zəfərimizdə Ulu Öndərin rolunu qeyd etdi.

*********

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov tədbirdən sonra rayonun Mayak kəndində 1971-ci ildə anadan olmuş və yaşayan müharibə veteranı Vidadi Çingiz oğlu Ağaşirinova AVMVİB-nin üzvlük vəsiqəsini təqdim etdi.

Xatırladaq ki, Vidadi Ağaşirinov Ağdam uğrunda gedən döyüşlərin iştirakçılarındandı.

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan-Xocavənd

Bu xəbəri paylaşın: