Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin üzvü olan müharibə veteranları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən ümumşəhər tədbirində iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.
N. Həsənov bildirdi ki, respublikamızın müxtəlif guşərində olduğu kimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə tədbir keçirildi. Azərbaycanın bu günkü səviyyəyə gəlib çatması və güclü orduya sahib olması onun başlatdığı islahatlar sayəsində mümkün oldu. Bu gün hər bir Azərbaycan vətəndaşı Heydər Əliyevin xatirəsini ehtiramla yad edir.
Elnur Səlim



