Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsinin üzvü olan müharibə veteranları Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətiylə Ulu Öndərin məzarını ziyarət etdikdən sonra Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətiylə AVMVİB Xəzər rayon şöbəsi veteranları Şüvəlan qəsəbəsində ağacəkmə aksiyası təşkil etmişlər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev məlumat verib.
Müharibə veteranlarının keçirilən ağacəkmə aksiyasında iştirakıyla bağlı Rasət Tağıyev bildirdi ki, 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Xalq öz dahi oğlunu hakimiyyətin ən uca zirvəsinə qaldırdı və bu gün də onun xidmətlərini unutmur.
O, bildirdi ki, aksiyada əkilən ağacları AVMVİB Xəzər rayon şöbəsinə Müslüm Ağaməmmədov təmənnasız olaraq verib.
Nurlan Məmmədli






