Heydər Əliyev — 99: AVMVİB Masallı rayon şöbəsi tədbirdə iştirak edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi rayonda keçirilən müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin 99 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Masallı rayon müharibə veteranları Ümummilli Lider Heydər Əliyevin heykəlini ziyarət etməklə şəhidlərə həsr olunmuş abidə kompleksini də ziyarət ediblər.

Bu barədə məlumatı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi sədrinin müavini Samir Əkbərov verib.

Xatırladaq ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi yenidən fəaliyyətə başlayan şöbələrimizdəndi. İnanırıq ki, AVMVİB Masallı rayon şöbəsi tezliklə bölgə veteranlarımızı bir araya gətirən əsas ünvana çevriləcək.

E. Səlim

Bu xəbəri paylaşın: