Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin üzvü olan müharibə veteranları tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub. Onlar Ulu Öndərin abidəsi önünə gül qoyublar.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.
Həbib Hüseynov bildirdi ki, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salsaq, Ulu Öndərin ömür yolu hər birimiz üçün bir örnəkdir. Heydər Əliyev daim Azərbaycan dövlətini və xalqını düşünüb, ölkəmizin tərəqqisi naminə taleyüklü qərarlar verib.
H. Hüseynov xüsusilə qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz çiçəklənib və inkişaf edib. Ulu Öndərin siyasi müdrikliyi nəticəsində müasir dövlətçiliyimizin möhkəm əsasları qoyulub. Bu gün cəbhədən zəfərlə dönən ordumuzun da əsasını, məhz Heydər Əliyev qoymuşdu.
N. Məmmədli




