Türkiyə ərazisi atəşə tutuldu

Türkiyənin Suriya ilə sərhəd ərazisi atəşə tutulub.


Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumata görə, Qaziantep əyalətinin Karkamış rayonundakı Köprübaşı sərhəd məntəqəsinə Suriyanın Eyn əl-Ərəb bölgəsindən minaatanlarla atəş açılıb.


İnsident nəticəsində 4 hərbçi və 1 mülki şəxsin yaralandığı bildirilib.


Nazirlikdən qeyd olunub ki, hadisədən sonra Suriya ərazisində təyin olunan hədəflərə lazımi cavab verilib.

Bu xəbəri paylaşın: