Nəcməddin Sadıkov Azərbaycanın milli mənafeyini müdafiə etməyib

Bəhlul Orucoğlu

Araşdırmaçı-jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, I Qarabağ Müharibəsi Veteranı, Ehtiyatda olan Ədliyyə mayoru, şair-publisist

Polad  Həşimov onun təxribatının qurbanı olub?!!

Şəmkir rayon İH-dən general həlak olan gün (12 iyul 2020-ci il) ona zəng  edən  məmur kim olub?

Son  vaxtlar  KİV-də  N. Sadıkovun adı hallanmaqdadır. Hətta  onun 590 min avroluq  zirehli “Toyota” maşını  ilə  Bakıda qəza törətməsi  mətbuatda  işıqlandırılıb.  

Dəyərli  oxucular, bu təxribatçı   general haqqında KİV-lərdə onun qeyri-qanuni, qeyri-insani əməllərini neçə illərdir işıqlandırmışam. Dərc olunmuş    yazılardan bəzi epizodları  (məlumatları) sizə xatırlatmaq istəyirəm.

Azərbaycan xalqına yuxarıdan aşağı baxan, millətimizǝ və dövlətçiliyimizə qarşı gizlində düşmənçilik hissi bəsləyən, nifrət edən bu özündən  razı, müştəbeh, məkrli və rusbaşlı generalı mən 1992 –ci  ildən  tanıyıram. O vaxt onun rütbəsi podpolkovnik, vəzifəsi  isə  briqada komandiri idi. Mənimsə rütbəm kapitan, vəzifəm isə batalyon (tabor) komandiri idim.

Belə  ki, 1992-ci  il, sentyabr ayının sonu (26 və ya 27) idi. Daxili Qoşunların Baş  İdarəsindən bizi (bir batalyon şexsi heyəti) Ağdərə bölgəsinə briqada komandiri polkovnik-leytenant Nəcməddin Sadıqovun sərəncamına göndərdilər.Səhərə yaxın (saat 4 radələrində) Ağdərəyə çatdıq. Şıdırğı yağış yağırdı. Briqada qərargahını  mühafizə  edən  qarovul rəisinə gəlişimiz haqqında N.Sadıqova  məruzə  etmək  istədiyimi  bildirdim. O, isə «olmaz, komandir yatır, saat 7-də duranda məruzə edərsən», — dedi. Mən etirazımı bildirərək  dedim ki, «döyüş əməliyyatı gedən bölgədə komandir necə  rahat yata bilər». Qaraul rəisi  bildirdi ki, o, yatanda heç kim oyatmağa curət etmir, özü nə vaxt istəsə, onda da oyanır.

N.Sadıkov  oyanandan  sonra  batalyonun (taborun) şəxsi heyətini sıraya düzüb, ona məruzə etdim. O, isə şəxsi heyətlə salamlaşdıqdan  sonra rus dilində bir neçə dəqiqə sıra qarşısında çıxış edib, axırda dedi: «Hamı gödəkçələrinin (buşlatların) iç cibinin üstündə soyadlarını yazsın ki, öləndə görək  kimdir».

Onun bu sözləri məni həm əsəbləşdirdi və həm də məyus etdi. N.Sadıkovun milliyətcə tatar olan şəxsi heyətlə siyasi və tərbiyə işləri üzrə müavininə etirazımı bildirdim ki, komandir briqadanın çıxışı batalyonun (taborun) şəxsi heyətində  ruhdüşkünlüyünə səbəb ola bilər, onun bu çıxışı təxribat  xarakteri daşıyır. N.Sadıkovun müavini  isə əli ilə mənə «sus» işarəsi göstərib, asta tonla  dedi: «Neyləyək, bu belə adamdı, belə komandirdi».

N.Sadıkovun göstərişi  ilə  batalyonun  (taborun) iki bölüyünün şəxsi heyəti  ağır  döyüşlər gedən kəndlərə  göndərildi. Məni  isə bir  bölüyün  şəxsi  heyəti  ilə Vəng, Çıldıran  və Dovşanlı  kəndləri  istiqamətində  mövqelərimizdə  sağ  qalmış  şəxsi  heyəti  dəyişməyə  (əvəz  etməyə) göndərdi. Eyni  zamanda  müavininə  əmr etdi  ki, kapitan  Nağıyevin  (yəni mənim) dəstəsinə  3 (üç) günlük  quru yemək (sxoy payok), hərbi sursat və bir ədəd də radiostansiya verilsin. Mən isə N. Sadıkovdan xahiş  etdim ki, mövqelər dağlıq ərazidə, meşədədir, hərbi sursat bizə bir az çox verilsin, radiostansiya  sıradan çıxa bilər, əlaqəmiz sizinlə  kəsilə  bilər. O, isə  bildirdi  ki, narahat  olma  kapitan Nağıyev, həmin mövqedə 2 (iki) zirehli maşın da var, döyüş  şiddətlənsə sizə kömək göndəriləcək. Lakin N.Sadıkovun göstərişi ilə bizim dəstəyə 3 (üç) günlük quru  yemək verilməsi məni şübhələndirmişdi və bu 3 (üç) gün ərzində  nəsə xoşa gəlməz (təxtibat) olayın baş verecəyini hiss edirdim. Çünki mən bir il (1991-1992) «OMON»-un  tərkibində  bölük  komandiri  kimi bölgələrdə (Ağdam, Füzuli və Goranboy) döyüş təcrübəsi  qazanmış və  bəzi təxribat   xarakterli  hadisələrlə qarşılaşdım. Yalnız öz qəti  qərarım  nəticəsində həmin  olayların  təxribatların  qarşısı  alınmışdır.

Əlqərəz, mövqelərə çatdıq. Six meşəlik olan bu dağlıq ərazidə komandirsiz özbaşına buraxılmış 40 (qırx) nəfərə yaxın daxili qoşunların gizirlərini gördüm. Hərdənbir mövqelərimizə müxtəlif çaplı silahlardan düşmənlərimiz atəş açırdı. Biz də onların cavabını verirdik. İkinci gün atışma şiddətləndi. Baş leytenant olan həkim (adını unutmuşam) ayagından yaralandı. Həkimi qərargaha göndərdim. Rabitəçi əsgər aparatın  işləmədiyini, sıradan çıxdığını bildirdi. Axşama yaxın atışma səngisə də bir neçə nəfər yaralanmışdı.

             Üçüncü  gün  atışma tədricən   şiddətləndi    və  düşmən  ağır artilleriya qurğularından  da (silahından)  istifadə etməya  başladı. Bizim  kordinatlarımızı   dəqiq   bildikləri üçün itkilərimiz çoxalırdı. N.Sadıkovun bizə üç günlük quru yemək verilməsini xatırladım. Zirehli maşınlara ağır yaralıları yığdırıb, onları qərargaha göndərdim. Şəxsi heyətin yüngül yaralı və sağ qalanlarına döyüşə-döyüşə, kiçik dəstələrlə mühasirəyə düşməmək üçün meşədən çıxmağı tapşırdım. Mənimlə səkkiz nəfər əsgər, iki nəfər gizir və bir nəfər baş gizir meşədən çıxdıq.

          Hava artıq  qaralmışdı. Baş gizir çiynindən yüngül yaralanmışdı. Arabir atəş səsi eşitsək də meşədən 10-15 km aralanmışdıq. Qəfildən «dayan, kimdi gələn» komandası eşitdik. «Özümüzünkülər» deyib, onların kim olduğunu soruşdum. Dedilər ki, biz OMON-çularıq. Mən  soyadımı  dėyəndə  onlar  məni tanıdılar. Çünki  mən 3 ay olardı  Daxili  qoşunun tərkibində xidmət  etmək üçün OMON-dan keçmişdim. Onlardan xahiş etdim ki, nəqliyyat vasitəsi verin, bizi Yevlaxa  aparsın, N.Sadıkovun  haqqında mən şəxsən özüm Daxili İşlər naziri İsgəndər Həmidova məruzə edəcəm. OMON-çular bizə, yəni 11 nəfərə çay-şörək verdikdən sonra Yevlax şəhərinə getmək üçün avtobus verdilər.

          Balakən-Baki qatarı ilə Bakıya, Daxili Qoşunların Baş İdarəsinə gəlib komandan Fəhmin Hacıyevə məruzə edəndə o, bizi  çox kobud və sərt qarşılayıb  dedi: «Siz necə olub sağ qalmısınız, siz hamınız həlak olmalıydınız, ölməliydiniz”. Onun göstərişinə əsasən bizim hamımızı həbs edib, Daxili Qoşunların təcridxanasına saldılar. Təcridxana dolu idi. Hətta orada bir neçə nəfər hərbi həkim də var idi. On gün tədqiqat aparıldı. Gah  gündüz, gah da gecə. Tədqiqatçılar tez-tez dəyişirdi. Mən də izahatımda eyni  fikri, yəni Nəcməddin Sadıkovun məni heç bir döyüş planı ilə tanış etməməsini  və  heç  bir sənədə, plana da imza atmadığımı şəxsi heyəti bilərəkdən qırdırmaq istədiyini yazırdım. On  gündən  sonra  tədqiqat  başa çatdı. Təcridxanada  olanların hamısını azad etdilər. Əsgərləri öz hərbi hissələrinə, həkimləri iş yerlərinə, gizirləri və məni azad etdilər. Mən də 20 il xidməti stajım olduğuna görə  sənədlərmi pensiyaya (təqaüdə) çıxmağa hazırladım. Lakin 2 ay keçdikdən sonra məni Daxi li Işlər naziri İsgəndər Həmidov Nazirliyə çağırtdırıb bildirdi ki, ölkədə müharibə yeni qızışır, səni kimi zabit bizə lazımdır. Sən də pensiyaya gedirsen. Get hazırlaş, xüsusi bir batalyonla cəbhə bölgələrinin ən gərgin, ən ağır yerlərinə gedəcəksən.

         1992-ci ilin dekabr ayının axırlarında Ağdama göndərildim. Bir ay (yanvar) orada döyüşdükdən sonra Ağdərə bölgəsinə, yenə də N.Sadıkovun briqadasına göndərildim. Ayazlı-şaxtalı fevral ayının bir qış axşamı rabitəçi əsgər bildirdi ki, döyüş mövqelərində olan tabor və bölük komandirlərini N.Sadıkov xidməti yığıncağına çağırır. Gecə saat 12-də meşənin içində böyük hərbi çadırdan ibarət qərargahda N.Sadikovun 10-15 nəfər idmançı görkəmli cangüdənləri  və  mühafizəçisi var idi. Onlardan dörd nəfəri  çadırın girəcəyində durub, biz  zabitlərdən hərbi sursatı və  silahı alıb çadıra buraxırdı. Hava çox şaxtalı idi. Bir az da boz araqdan vurmuş komandir briqadiri qıp-qırmızı qızarmışdı. O, çıxışının ilk kəlməsindən rus dilində kobud sözlərlə başladı. Özündən başqa hamını günahkar hesab edirdi. Onun tabeliyində olanlara sərt və kobud (qaba) rəftarını bütün Azərbaycan bilir. Ona görə ki, bir neçə dəfə televizor ekranlarında onun şəxsi heyəti təhqir etməsi, hətta bəzi epizodlar da əl qaldırmasının görüntülərini görmüşlər. Bu görüntülər Kəlbəcər istiqamətində gedən döyüşlərdən göstərilmişdir.

            Dəyərli oxuyucalar general Polad  Həşimov da dövlətimizə, millətimizə  neçə illərdir  düşmənçilik  münasibəti  bəsləyən  Nəcməddin Sadıqovun  planının qurban  olub. Şəmkirdə  ictimaiət  arasında  söz-söhbət gəzir ki,  N.Sadıqovun  bu  məkirli  planının  baş  tutmasına  yardım  edən  Şəmkir İH-nin  məmuru olub.  Belə ki, həmin  məmur  Polad Həşimov həlak  olmamışdan  bir neçə  saniyə  əvvəl  onunla  telefon   bağlantısı  yaradıb.  Bu bilgini də N.Sadıkov düşmənə göndərib. Bu telefon  bağlantısı  nəticəsində  general P. Həşimovun harda  olduğu təyin olunub və o raketlə  vurulub.

            Məlumatlı  şəxsin  bidirdiyinə görə (ad məlumdur)  indi  həbsdə olan sabiq İH-in başçısı Alimpaşa Məmmədov həmin məmurun kim  olduğunu bilir. DTX  və Baş Prokurorluq araşdırma aparsalar yəqin ki, həmin məmuru aşkar edə bilirlər.

  Ardı  var

Bu xəbəri paylaşın: