Qardaş Türkiyə şəhid verdi və şəhidin qisası alındı — 21 PKK leşi

Türkiyənin Suriya ilə sərhəd ərazisi atəşə tutulub.


Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumata görə, Qaziantep əyalətinin Karkamış rayonundakı Köprübaşı sərhəd məntəqəsinə Suriyanın Eyn əl-Ərəb bölgəsindən minaatanlarla atəş açılıb.


İnsident nəticəsində 4 hərbçi və 1 mülki şəxsin yaralandığı bildirilib.

Karkamış postu istiqamətində terrorçuların atəşə tutması nəticəsində yaralanan Türkiyə hərbçilərindən biri xəstəxanada vəfat edib.

Hücum sonrası ordunun cavab zərbələri ilə zərərsizləşdirilən terrorçuların sayı isə 21-ə yüksəlib.


Nazirlikdən qeyd olunub ki, hadisədən sonra Suriya ərazisində təyin olunan hədəflərə lazımi cavab verilib.

Bu xəbəri paylaşın: