Erməni xalqı Gümrüdə «Rədd olsun Daşnaklar!» dedilər

Siyasi müxalifətin mitinqi zamanı polisə qarşı zorakılıq tətbiq etməkdə şübhəli bilinən həbs edilib.

Bu barədə Araratnews.am xəbər yayıb.

Siyasi müxalifətin mitinq iştirakçılarından birinin polis əməkdaşlarına qarşı zorakılıq etməsi ilə bağlı işin hallarının müəyyənləşdirilməsi istiqamətində istintaq və məhkəmə tədbirləri davam etdirilir.

ER İstintaq Komitəsinin verdiyi məlumata görə, siyasi müxalifətin mayın 11-də təşkil etdiyi mitinqdə müxtəlif cinayətlər, o cümlədən quldurluq, qanunsuz odlu silah gəzdirmə və ondan istifadə etməklə xuliqanlıq törətdiklərinə görə mitinq iştirakçılarına 4 dəfə məhdudiyyət qoyulub. Mitinq iştirakçılarından biri , adıçəkilən yerdə xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, xidməti vəzifələrini yerinə yetirərkən onlara qarşı zor tətbiq edib, zor tətbiq etməklə hədələməklə yanaşı, polisin baş nahiyəsinə də zərbə endirməyə cəhd edib.

İbtidai istintaq zamanı adıçəkilən siyasi müxalifətin mitinq iştirakçısının ER Cinayət Məcəlləsinin 316-cı maddəsinin 1-ci hissəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək 130-cu maddəsi ilə həbs edilməsi barədə qərar qəbul edilib.

Artıq iki həftədən çoxdur ki, Ermənistanda müxalifət qüvvələrinin etiraz hərəkatı davam edir, məqsədi Nikol Paşinyanı baş nazir postundan uzaqlaşdırmaqdır.


Müxalifət hesab edir ki, hakimiyyətin siyasəti Ermənistanın və Qarabağın təhlükəsizliyini təhdid edir. İrəvan küçələrindən yürüşlər keçir, axşamlar qisasçılar Fransa meydanına toplaşır.

Gümrüdə də müxalifətin Nikol Paşinyanın istefası tələbi ilə mitinqləri keçirilib. Revanşistlər Gümrü camaatını guya məqsədlərinin Ermənistanı və Qarabağı xilas etmək olduğuna nə qədər inandırmağa çalışsalar da, sadə insanların bu barədə fikirləri rədd ediblər. Onlar yaxşı bilirlər ki, Qarabağ məsələsində daim spekulyasiya edən keçmiş hakimiyyət illər ərzində oğurladıqlarını qorumaq üçün əslində hakimiyyətə gəlmək istəyirlər.


Paşinyanın tərəfdarları Koçaryan və Sarqsyanın tərəfdarlarını «quldur», «oğru», «rüşvətxor» və s. adlandıraraq «itdən düşmüş ediblər.


Yaranmış qarşıdurmaya görə “Ermənistan” blokundan olan deputat Geqam Manukyanın Qarabağdakı müharibədə iştirak edən oğlu Taron Manukyan həbs edilib.

Bu barədə erməni vəkil Abqar Poqosyan məlumat yayıb.


Qeyd edək ki, T.Manukyan Gümrüdə yaşlı kişiyə zorakılığa görə saxlanılmışdı.

Ətraflı «Nargul Cavadkanal»-da:

Bu xəbəri paylaşın: