“Əmək pensiyaları haqqında” qanun ehtiyatda olan hərbçilər tərəfindən etirazla qarşılanıb

“Əmək pensiyaları haqqında” qanunda hərbçilərlə bağlı olan hissəyə aydınlıq gətirilib. Bu yeni məsələ deyil ”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, hərbçilərin pensiya məsələsi ilə bağlı 2020-ci ildə Konstitusiya Məhkəməsində də qərar qəbul edilib: “Hərbçilərə verilən əlavələr çoxdur. Hərbi qulluqçu ehtiyata gedəndə, pensiyaya çıxanda işlədiyi dövrdə aldığı əlavələrin cəminin pensiyaya nisbəti və maaşı götürülür. Adam istefaya gedəndən sonra hansısa yeni əlavə təsis olunursa, bu əlavələr artanda keçmiş hərbçiyə bu əlavələr aid edilmir və bu, pensiyada hesablanmır”.

İndi isə sosial şəbəkədə (Fb) Eynur İmanovun paylaşımını təqdim edirik. Görün kim Əmək və sosial siyasət komitəsinin sədri olmağa daha çox layiqdir.

ƏƏSMN-nin TƏKLİFİ BİZİ SONRAKI ARTIMLARDAN MƏHRUM ETMƏYƏ HESABLANIB!

Dostlar! Bir müddət öncə bir neçə dəfə müraciət edərək «DSMF-i kütləvi məhkəməyə verməsək dayanmayacaqlar» deyə sizi xəbərdar etmişdik.

Buyurun, dediklərimiz özünü doğruldur: 10%-dən rahatlandınız, məhkəmələrə getmədiniz və nəticə də özünü çox gözlətmədi.Hazırda parlamentin dinləmələrində olan qanun dəyişikliklərindən biri də aşağıda əlavə olunmuş dəyişiklikdir. Mahiyyəti odur ki, bu günədək qüvvədə olan qanunvericiliyə görə əmək haqqında, təminat xərcliyində dəyişikliklər, artımlar olanda onu pensiyalara da hesablayırdılar. Çoxsaylı müraciətləri, şikayətləri görüb xəlvəti şəkildə «Əmək pensiyaları haqqında» qanuna 1.0.19-cu maddə əlavə edib «müvafiq vəzifədə işlədiyi vaxt» sözlərini artırırlar ki, bu da gec partlayan mina deməkdir.

Yəni, bundan sonra ölkə başçısının əmək haqqı, təminat xərcliyi ilə bağlı Fərmanı, Sərəncamı, və ya NK-nin qərarı olacaqsa » bu sizə aid deyil, çünki müvafiq vəzifədə işlədiyiniz vaxt bu artım olmayıb, almamısınız» cavabını verəcəklər. Şəxsən mən həyəcan təbili çalmaqdan yoruldum.

Çoxu hələ də qış yuxusundadır.Elə indi dayanmadan ölkə başçısının və Milli Məclisin saytlarına müraciətlər edib bu dəyişikliyə ETİRAZIMIZI BİLDİRMƏLİYİK.

Onu da xüsusilə qeyd edirik ki, son zamanlar bütün dəyişikliklərölkə başçısının adından istifadə etməklə təqdim olunur və bilinmir ki, onun bu işin xırdalığından xəbəri var, ya ƏƏSMN özbaşınalıq edir.

Faktiki olaraq 100 mindən artıq hərbi və xüsusi rütbəli şəxsi bundan sonra maaş və təminat xərcliyində baş verəcək artımlardan məhrum etmək istəyirlər.

P.S. Ayrıca status şəklində qısa müraciət hazırlayıb təqdim edəcəyik ki, hamı istifadə edə bilsin.

Altı aydır ki, hüquqi mübarizə aparırıq. Bu iş kənardan göründüyü kimi asan olmadı. Nailiyyətlər də oldu. Amma indi baş verənləri təhlil etdikdə biz görürük ki, ƏƏSMN bizim üçün «oyun qaydaları» müəyyən edir, bizi əmək fəaliyyəti ilə məşğul olan fəhlə və qulluqçuların sırasına qatıb qanunla təsbit olunmuş hüquqlarımızdan, imtiyaz və güzəştlərdən ardıcıl və sistemli şəkildə, həm də qanunlara gizli dəyişikliklər etmək yolu ilə məhrum edir.

Ona görə də biz özümüzə aid olan pensiya qanununun layihəsini hazırlayaraq Prezident Aparatına və Milli Məclisə təqdim etməliyik.

Artıq bu yöndə bəzi zabit dostlarımızla ilkin məsləhətləşmələrimiz də olub. Hüquq təhsili olan zabitlərdən, vaxtilə nazirliklərin Maliyyə və Büdcə İdarələrində pensiya işi ilə məşğul olmuş zabitlərdən xahiş edirik: PROSESƏ QOŞULUN!

Biz həm də hazırda hərbi xidmət keçən və bundan sonra hərbi xidmətə daxil olacaq Vətən övladlarının, zabit və gizirlərin gələcəyi üçün çalışırıq.Vaxt azdır.Ayrıca status şəklində “kimdir günahkar və nə etməliyik?” adlı statusumuz olacaq. Amma, əsas məqsədi açıqladıq. Artıq başqa variant qalmadı (Eynur İmanov).

P.S. Bildiririk ki, veteranların saytı olaraq daim yanınızdayıq…

Bu xəbəri paylaşın: