Ərdoğan açılışda İlham Əliyevə HƏDİYYƏ VERDİ

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.
 

Yeni hava limanına ilk dəfə göyərtələrində Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin olduqları təyyarələr eniş edib.

Türkiyə və Azərbaycan dövlət başçıları açılış mərasiminin keçirildiyi məkana gəliblər. Onlar açılış mərasimində çıxış ediblər. Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə açılışdan sonra hədiyyə təqdim edib.

Bu xəbəri paylaşın: