Daxil İşlər Nazirliyinin Daxili Qoşunların həyatında öz dəsti — xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, sadəliyi, insanpərvərliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirən ehtiyatda olan polkovnik — leytenant Əhmədov Zəka Fariz oğlunun 44 yaşı tamam oldu.
Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan polkovnik — leytenant Zəka Əhmədovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır .
Hər yeni yaşı polkovnik leytenant Zəka Əhmədova sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik — leytenant Əhmədov Zəka Fariz oğlu may ayının 14 — də Azərbaycan Respublikasının İsmayıllı rayonun Sulit kəndində anadan olub.
1995 — ci ildə İsmayıllı rayon Sulit kənd orta məktəbini, 2001- ci ildə Bakı Ali Ümümqoşun Komandirlər Məktəbini ( BAÜKM), 2002 — ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbində Zabitlərin ixtisas artırma kursunu, 2009 — cu ildə isə, Çin Xalq Respublikasının Ali Hərbi Akademiyasında tabor komandiri kursunu bitrib . O, hərbi təcürbə mübadiləsi əldə etmək üçün bir sıra xarici ölkələrdə işgüzar səfərdə olub.
1996 -1997 — ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Binəqədi və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində müdddətli həqiqi hərbi xidmətdə əsgər, manqa komandiri vəzifəsində olub, 1997-2001-ci ildə isə Bakı Ümümqoşun Komandirlər Məktəbində ali təhsil alıb.
2001 — 2016 — ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xətai, Sabunçu rayonlarında yerləşən hərbi hissələrində taqım və böluk komandiri, tabor qərargahının rəisi, tabor komandiri, hərbi hissə komandirinin birinci müavinini- qərargah rəisi, hərbi hissə komandiri əvəzi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.

Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Daxili Qoşunların Bas İdarəsinin Döyüş xidməti nizamnamələriin və Hərbi qulluqçuların Etik Davranış Kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daima nümunə göstərib.Bir çox metodiki — təlim toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi — taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə Daxili Qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.
Polkovnik-leytenant Zəka Əhmədov həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan zəhmətkeş zabit olub. Qanunvericiliklə DİN- in Daxili Qoşunlarına və Daxili İşlər orqanlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə və yaşayış (cəzaçəkmə müəssisələrində) baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlib.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, əlaçı döş və yubiley nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
Hərbi Xidmətlərə Görə » medalı ilə,
«Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
«Silahlı Qüvvələrin yaranmasının » 90 illiyi ( 1918 — 2008) yubley medalı ilə ‘
«Silahlı Qüvvələrin yaranmasının» 95 illiyi (1918- 2013) yubiley isə medalı ilə,
«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
» Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə,
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZƏKA BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev





